525.Az

Tsarnayevə rəsmi ittiham elan edilib


 

Tsarnayevə rəsmi ittiham elan edilib<b style="color:red"></b>

Bostondakı partlayışları törətməkdə ittiham edilən iki çeçen qardaşdan sağ qalanı - 19 yaşlı Cöhvər Tsarnayev denən ilk ifadəsini verib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yaralı halda aparıldığı Bostondakı "Beth İsrael" xəstəxanasında özünə gələn Tsarnayevdən ilk ifadəni Federal Təhqiqatlar Bürosunun əməkdaşları alıb. FTB ABŞ vətəndaşlarına yaxalandıqdan sonra elan edilən də "Miranda haqları" kimi bilinən konstitusion haqlarını Tsarnayevə oxumayıb.

Ağır yaralı olduğu üçün danışa bilməyən Tsarnayev suallara yalnız işarələrlə savab verib. Çeçen gənc partlayışı qardaşıyla birlikdə törətdiyini, daha əvvəl başqa hər hansı terror aktında iştirak etmədiyini bildirib.

Tsarnayev daha sonra hakimə də baş işarələriylə və ya yazılı cavab verib. 3 nəfəri öldürmək və 170 nəfəri yaralamaqda ittiham edilən Tsarnayevin ABŞ vətəndaşlarına və mülkiyyətinə qarşı kütləvi qırğın silahından istifadə etdiyi bildirilib.

Tsarnayevin ölüm cəzası və ya ömürlük həbs cəzası alacağı gözlənilir. Mayın 30-da növbəti mühakimə olacaq.

 





23.04.2013    çap et  çap et