525.Az

Düşmənin qərargahı vuruldu, qarşı tərəf onlarla itkisini gizlətməyə çalışır - Video


 

Düşmənin qərargahı vuruldu, qarşı tərəf onlarla itkisini gizlətməyə çalışır - <b style="color:red">Video</b> Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.
 
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır.
 
Bütün cəbhəboyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir.

 





02.03.2017    çap et  çap et