525.Az

Cəmil Quliyev İTV-nin baş direktoru oldu


 

Cəmil Quliyev İTV-nin baş direktoru oldu <b style="color:red"></b> Bu gün saat 11:00-da Milli Televiziya və Radio Şurasının inzibati binasında İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə  İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası tərəfindən seçki keçirilməsi ilə bağlı iclas başlayıb.
 
Lent.az-ın verdiyi məlumata görə, Cəmil Quliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.
 
Cəmil Elşad Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. Ümumittifaq Kinematoqrafiya İnstitutunda Kinorejissorluq ixtisası üzrə təhsil alıb. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. Bir neçə bədii, sənədli, qısametrajlı bədii filmin, mozalan satirik jurnalının bədii sujetlərinin müəllifidir. Quruluş verdiyi filmlər bir neçə xarici festivalda iştirak etmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimidir. Azərbaycan Dövlət Film Fondunun direktoru, “Mədəniyyət” telekanalının baş direktorudur. 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi seçilib. Professor Elşad Quliyevin oğludur.
 
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 nəfər iddiaçı – Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim edib. “İctimai televiziya və radio yayımı haqqında”  Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.
 





23.04.2013    çap et  çap et