525.Az

Nazirə içində ağ toz olan zərf göndərilib


 

Nazirə içində ağ toz olan zərf göndərilib<b style="color:red"></b>

Cənubi Koreyanın müdafiə naziri Kim Kvan Çjinə içində ağ toz və təhdid məktubu olan zərf göndərilib.

"Frans Press" agentliyinin xəbərinə görə, Cənubi Koreyanın Müdafiə Nazirliyi bunu terror aktı adlandırıb. Zərfin ekspertizaya göndərildiyi, ekspertizanın nəticələrinin hələ məlum olmadığı bildirilib.

Şübhəli zərfdən bir gün əvvəl isə Müdafiə Nazirliyinin binasına nazirə təhdid ehtiva edən yüzlərlə vərəqə atılıb. Vərəqədə Kin Kvan Çjin Şimali Koreyaya münasibətdə ifrat sərt mövqe tutmaqda ittiham edilib.

TRT

 





23.04.2013    çap et  çap et