525.Az

Havanın temperaturu yüksələcək


 

Havanın temperaturu yüksələcək<b style="color:red"></b>

Aprelin 24-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi xəbərə əsasən, şimal-qərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.
 
Aprelin 25-də də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gecə və axşam yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 20 dərəcəyədək isti gözlənilir.
 
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
 
Aprelin 24-dən 25-nə keçən gecə bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı gözlənilir. Aprelin 25-də gündüz hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu Aran rayonlarında gecə 6-11 dərəcə isti, gündüz 19-24 dərəcə, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
 
Aprelin 23-dən 25-dən Abşeron yarımadasında tutqun və rütubətli havanın üstünlüyünə baxmayaraq, digər meteoroloji amillərin iqlim normasına yaxınlığı meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 





23.04.2013    çap et  çap et