525.Az

Tikinti şirkətinin rəhbəri Gülər Əhmədovanın bacısına 144 min manat ziyan vurub


 

Tikinti şirkətinin rəhbəri Gülər Əhmədovanın bacısına 144 min manat ziyan vurub<b style="color:red"></b> Bakı Ağır Cinayətlər Məhkəməsində “Kamran” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib.
 
Prokuror “Kamran” MCC-nin rəhbəri Ələkbər Babayevin 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə, əmlakı (3 mərtəbəli evi) müsadirə olunmaqla 14 il müddətinə, German Hüseynov əmlakı müsadirə olunmaqla, 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 13 il, Süleyman Əliyevin 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 12 il, Kənan Əliyevin 10 il, Rüfət Nağıyevin 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə, 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Prokuror hazırda azadlıqda olan sonuncu şəxsin məhkəmə zalından həbs edilməsini də istəyib.
 
Dövlət ittihamçısı, həmçinin mülki iddiaların təmin olunması, müsadirə olunan əmlakların iddiaçılar arasında bölünməsi, “Kamran” MMC-yə məxsus bina üzərindən həbsin  götürülməsini də məhkəmədən xahiş edib.
 
Prokurorun çıxışından o da məlum olub ki, “Kamran” MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev birgə iş münasibətində olduğu Quliyeva Gülnar Mikayıl qızının  etimadından istifadə edərək ona külli miqdarda (144 min manat) ziyan vurmaqda da ittiham olunur.
 
“Kamran” MMC-nin vətəndaşlara vurduğu ziyan isə 8 milyon 500 min manatdan çox hesablanıb.
 
Proses davam etdirilir.
 
Qeyd edək ki, Ələkbər Babayevin külli miqdarda ziyan vurduğu Quliyeva Gülnar Mikayıl qızının hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın bacısı olduğu bildirilir.
 
Cəmiyyətin təsisçisi və rəhbəri Ələkbər Babayev və digər təqsirləndirilən şəxslər German Hüseynov və Rüfət Nağıyev Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Süleyman Əliyev Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü, Kənan Quliyev isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə ittiham olunurlar.
 





23.04.2013    çap et  çap et