525.Az

Bir həftə şarjsız işləyən smartfon təqdim olundu


 

Bir həftə şarjsız işləyən smartfon təqdim olundu<b style="color:red"></b>

Çinin “Oukitel” şirkəti yeni “Oukitel K10000 Pro” smartfonunu 10100 milliamper/saat tutumlu akkumulyatorla təchiz edib.

İstehsalçının iddiasına görə, aparat 1 həftə müddətində şarjsız işləyə bilər. Sürətli “12V/2A” enerjidoldurma qurğusunun köməyi ilə 2 saat ərzində tamamilə enerji toplayır.

“Cnews.ru” saytı xəbər verir ki, “MWC 2017” sərgisində nümayiş etdirilən “Oukitel K10000 Pro” smartfonu 1920×1080 piksel təsvir ölçülü 5,5 düymlük diaqonala malik ekranla təchiz edilib.

Smartfon 4 giqabayt əməli və 32 giqabayt daxili yaddaşa malikdir.

Qurğu “Android 7.0 Nougat” mobil əməliyyat sistemi ilə işləyir.

AzərTAc

 





03.03.2017    çap et  çap et