525.Az

Azərbaycanlı milyarder 104-cü oldu


 

Azərbaycanlı milyarder 104-cü oldu<b style="color:red"></b>

Azərbaycan əsilli Rusiya vətəndaşı, “LukOil” neft şirkətinin prezidenti Vahid Ələkbərov dünyanın ən varlı 500 adamı arasında 104-cü yerdədir.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu, “Bloomberg Billionaires Index” reytinq cədəvəlində göstərilib.

Siyahıya 85,56 milyard dollarla “Microsoft” şirkətinin qurucusu Bill Qeyts başçılıq edir. Ondan sonrakı iki yeri 78,9 milyard dollarla sərmayəçi Uorren Baffett və 53 milyard dollarla telekomunnikasiya maqnatı Karlos Slim tutur.

Azərbaycanlı Vahid Ələkbərov isə 11,4 milyard dollara sahibdir.

 





06.03.2017    çap et  çap et