525.Az

Qaçırılan türklərlə bağlı ümidverici xəbər


 

Qaçırılan türklərlə bağlı ümidverici xəbər<b style="color:red"></b>

Əfqanıstanda qaçırılan səkkizi türk olmaqla 11 nəfərin azad edilməsi üçün "Taliban"la danışıqlar davam edir.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, "Taliban"la danışıqları yerli rəsmilər aparır. Girovların bir hissəsinin bir neçə saat içərisində azadlığa buraxıla biləcəyi qeyd edilir.

Əfqanıstandakı mənbələr bir neçə saat içərisində girovların bir hissəsinin azad ediləcəyinə dair ümidlərin artdığını bildirirlər.

"Taliban" sözügedən şəxsləri amerikalı olduğu üçün qaçırdığını açıqlayıb. Amma qaçırılanlar Əfqanıstanda bir inşaat şirkətində çalışan 8 türk mühəndis, biri rus, digəri qırğız olan iki pilot və bir əfqan tərcüməçidir.

 





23.04.2013    çap et  çap et