525.Az

Mirzə Ələkbər Sabirin şeiri Mahsun Kırmızıgülün filmində - Video


 

Mirzə Ələkbər Sabirin şeiri Mahsun Kırmızıgülün filmində - <b style="color:red">Video </b>

Müğənni və rejissor Mahsun Kırmızıgülün yeni təqdim etdiyi "Vəzir barmağı" ("Vezir parmağı") filmində Azərbaycanın klassik şairi Mirzə Ələkbər Sabirin "Qorxuram" şeiri səsləndirilib.

Axşam.az-ın məlumatına görə, filmdən yayılan kadrlarda aktyorlar həmin şeiri Anadolu türkcəsində səsləndiriblər.
 
Diqqətçəkən məqamlardan biri də odur ki, şeirdəki "Harda müsəlman görürəm, qorxuram" misrası çıxarılıb.

Türkiyə mediası qalmaqallı filmin məhz bu səhnəsinin kinoteatrlarda böyük alqış aldığını qeyd edib.

 





06.03.2017    çap et  çap et