525.Az

MİRAS daha bir beynəlxalq simpoziumda təmsil olunub


 

MİRAS daha bir beynəlxalq simpoziumda təmsil olunub<b style="color:red"></b>

2013-cü il aprelin 18-20-də Türkiyənin Kahramanmaraş şəhərində Beynəlxalq “Türk və  Dünya Mədəniyyətində Kahramanmaraş” simpoziumu keçirilib. Kahramanmaraş Bələdiyyəsi, Qazi Universiteti, Türk Əl Sənətləri Araşdırma və Uyğulama Mərkəzinin təşkilatçılığı ilə keçirilən simpoziuma müxtəlif ölkələrin ayrı-ayrı qurumlarını təmsil edən 100-dən çox elm və sənət adamı qatılıb.
 
Simpoziumda 70-ə yaxın məruzə dinlənilib və müxtəlif əl işlərindən ibarət sərgilər nümayiş olunub.

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək  İctimai Birliyini simpoziumda birlik sədrinin müavini Arzu Soltan təmsil edib və “Ağsu arxeoloji turizm kompleksində sənətkarlar məhəlləsinin əhəmiyyəti” mövzusunda məruzə edib.

Məruzə və Ağsu arxeoloji qazıntıları haqqında görüntülər, eləcə də Miras İctimai Birliyinin fəaliyyəti simpozium iştirakçılarının marağına səbəb olub.

Simpozium iştirakçıları həmçinin Kahramanmaraşın tarixi abidələri, Arxeologiya muzeyi və s. görməli yerlərlə tanış olublar.
 
GÜNE

 





23.04.2013    çap et  çap et