525.Az

Nəqliyyat Nazirliyində yeni təyinatlar


 

Nəqliyyat Nazirliyində yeni təyinatlar<b style="color:red"></b> Bir müddət əvvəl Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti və İqtisadiyyat şöbəsinin müdiri vəzifəsindən azad edilən Sədrəddin Məmmədovun yerinə yeni təyinat olub.
 
Nazirlikdən Lent.az-a verilən məlumata görə, həmin şöbənin baş məsləhətçisi Azər Əliyev şöbə müdiri vəzifəsinə təyin olunub. A.Əliyev artıq yeni vəzifədə fəaliyyətə başlayıb.
 
Lent.az-ın əldə etdiyi digər məlumata görə, nazirliyin Nəqliyyat müfəttişliyi şöbəsinin müdiri vəzifəsinə də təyinat olub. Müfəttişliyin müdiri vəzifəsindən azad edilmiş Rəşad Məmmədovun yerinə təyin edilmiş şəxsin adını dəqiqləşdirmək mümkün olmayıb.
 
Qeyd edək ki, hər iki şöbə müdiri bu ilin fevral ayında işdən çıxarılıb
 





23.04.2013    çap et  çap et