525.Az

Bakıda 2 avtobus toqquşdu, xəsarət alanlar var


 

Bakıda 2 avtobus toqquşdu, xəsarət alanlar var<b style="color:red"></b>

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində 2 sərnişin avtobusu toqquşub.

Anspress-in məlumatına görə, “Bulaq” restoranı yaxınlığında 83 saylı avtobus 92 saylı 10 BK 731 dövlət nömrə nişanlı avtobusa çırpılıb. Qəza nəticəsində hər iki avtobusda olan sərnişinlər arasında xəsarət alanların olduğu bildirilir.

92 və 91 saylı xətt avtobuslarının sahibkarı Hacı Mübariz Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, qəzanın baş verməsində 92 saylı avtobusun sürücünün günahı olmayıb. Avtobus Bakı Avtovağzalı istiqamətinə hərəkət edərkən 83 saylı avtobus arxadan həmin avtobusa çırpılıb. Qəzada 92 saylı avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb. Lakin zərbənin gücündən 83 saylı avtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb

 





23.04.2013    çap et  çap et