525.Az

Küveyt mətbuatı Azərbaycandan yazıb


 

Küveyt mətbuatı Azərbaycandan yazıb<b style="color:red"></b>

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ölkəmizdə keçirilən infotur çərçivəsində Küveytin də turizm şirkətlərinin nümayəndələri və jurnalistləri Azərbaycana səfər ediblər.
 
Azərbaycanın Küveytdəki səfirliyindən “525”ə verilən məıumata görə, səfərdən qayıtdıqdan sonra küveytli jurnalistlər öz çalışdıqları qəzetlərində ölkəmiz haqqında məlumatları özündə əks etdirən geniş məqalələr yazıblar.

“Əl-Vasat”, “Aləm Əl-Yaum” və “Əl-Ray” qəzetlərinin 23 aprel 2013-cü il tarixli saylarının iki səhifəsində ölkəmiz haqqında ətraflı məlumat və şəkillər dərc olunub. Azərbaycana həsr olunan səhifələrdə ölkəmizin əsrarəngiz təbiəti, zəngin və kənd təsərrüfatı üçün əlverişli iqlim şəraiti, tarixi çox-çox əsr əvvəllərə dayanan  qədim memarlıq abidələri və o cümlədən məscidlərimiz, çoxlu eksponatlarla zəngin milli muzeylərimiz barədə oxuculara geniş məlumat verilməklə yanaşı, Bakı, xüsusilə də İçəri şəhər, jurnalistlərin bilavasitə səfər etdikləri Qobustan, Qəbələ, Şəki, Quba bölgələrinin füsunkar təbiəti, kulinariyası, tarixi haqqında da ayrı-ayrılıqda müfəssəl məlumat və şəkillər dərc edilib.

Jurnalistlər öz məqalələrində səfərdən çox razı qaldıqlarını, onlara göstərilən yüksək qonaqpərvərlik, diqqət və qayğıya görə səfər təşkilatçılarına xüsusilə də Azərbaycanın Xarici İşlər Nazirliyinə və Mədəniyyət və Turizm Nazirliyinə dərin təşəkkürlərini bildirib, xalqımızın qonaqpərvərliyinə heyran qaldıqlarını qeyd ediblər.

 





23.04.2013    çap et  çap et