525.Az

Elmar Məmmədyarov İsrail Knessetinin sədri ilə görüşüb


 

Elmar Məmmədyarov İsrail Knessetinin sədri ilə görüşüb<b style="color:red"></b>

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində Knessetin sədri Yuli Edelşteyn ilə görüşüb.

XİN mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarovun İsrailə səfərinin iki ölkə arasındakı münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğu qeyd edilib, ikitərəfli münasibətlərin inkişaf etdiyi bildirilib.
 
Azərbaycanın tolerant ölkə olduğunu vurğulayan Knesset sədri İsrailin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
 
Nazir Elmar Məmmədyarovu müşayiət edən Azərbaycanın yəhudi təşkilatlarının nümayəndələri yəhudilərin Azərbaycanda tarixən birgə yaşadıqlarını bildirib və ölkəmizdəki tolerantlıqdan söz açıblar.
 
Yəhudi təşkilatlarının nümayəndələri Azərbaycanın ən böyük probleminin Ermənistan-Azərbaycan münaqişəsi olduğunu vurğulayıb və bu münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə əmin olduqlarını bildiriblər

 





24.04.2013    çap et  çap et