525.Az

"Hakimin qərarları bizə qarşı yönəlmişdi"


 

"Hakimin qərarları bizə qarşı yönəlmişdi" <b style="color:red"></b>

"Çempionlar Liqasında növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansımız var idi, ancaq bunu əldən verdik. İlk hissədə baş verənlər bizim günahımızdır, pressinq edə və topla ağıllı davrana bilmədik. Dərin müdafiə olunurduq, buna görə də rəqibin qol şansları daha çox oldu. Fasiləyə qədər buraxdığımız hər iki qol bizim səhvimiz idi. İkinci hissədə daha sakit və arxayın oynadıq. Komandam ikinci qolu da vura bilərdi".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri PSJ-nin baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/8 finalında "Barselona"ya 1:6 hesabı ilə uduzduqları cavab matçından sonra deyib.

O, hakim qərarlarından narazılığını ifadə edib: "Hakimin qərarları bizə qarşı yönəlmişdi" - deyə o bildirib.

U.Emeri görüşün sonlarında oyuna nəzarəti tamamilə itirdiklərini söyləyib: "Son dəqiqədə uduzduq. Bu, mənim və klubum üçün pis təcrübədir. Məğlubiyyətdən nəticə çıxarmalıyıq".

U.Emeri məğlubiyyətin səbəbləri haqda da danışıb: "Üç səbəbə görə uduzduq. Birincisi, futbolçularım matçın bəzi anlarında səhvlər etməsi. İkincisi, hakim qərarları, yəni, iki penaltinin verilməsi. Üçüncüsü, qarşı-qarşıya qaldığımız vəziyyətlər".

 





09.03.2017    çap et  çap et