525.Az

Çin ilk dəfə mülki sualtı qayıq istehsal edəcək


 

Çin ilk dəfə mülki sualtı qayıq istehsal edəcək<b style="color:red"></b>

2017-ci ilin sonunadək Çin rusiyalı mütəxəssislərin köməyi ilə dünyada ilk dəfə olaraq mülki məqsədlər üçün sualtı qayıq istehsal etməyi planlaşdırır.

Trend-in məlumatına görə, sualtı qayıq göyərtəsinə 40-dək sərnişin götürə biləcək.

"China Daily" qəzeti yazır ki, "Tianjin Ostar Underwater Vehicles Co" şirkəti gəminin hazırlanması üçün Rusiyanın bir neçə elmi tədqiqat institutu ilə birgə müəssisə yaradıb.

Şirkətdən bildiriblər ki, belə sualtı qayıq turizm məqsədilə də istifadə oluna bilər.

 





09.03.2017    çap et  çap et