525.Az

Ramiz Mehdiyev Milli Elmlər Akademiyasındakı seçkiyə gəldi


 

Ramiz Mehdiyev Milli Elmlər Akademiyasındakı seçkiyə gəldi<b style="color:red"></b>

Bu saatlarda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında ümumi illik yığıncaq keçirilir.

Yığıncaqda AMEA-ya yeni prezident də seçiləcək. Seçkidən əvvəl elm ocağının ayrı-ayrı insitutlarının fəaliyyətini əks etdirən sərgi təşkil olunub.

Modern az saytının AMEA-da olan əməkdaşı xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də hazırda akademiyadadır və seçkidən qabaq nümayiş olunan sərgi ilə maraqlanır.

Ramiz Mehdiyevdən başqa bir sıra millət vəkilləri və hökümət nümayəndələri də hazırda Rəyasət Heyətinin binasındadır. Onların arasında sənaye və energetika naziri Natiq Əliyev, akademik Arif Paşayev,  Slavyan Universitetinin rektoru Kamal Abdulla, TQDK sədri Məleykə Abbaszadə, BDU-un rektoru Abel Məhərrəmov və başqaları da var.

 





24.04.2013    çap et  çap et