525.Az

Çex səfirliyinin rəsmisi Tərcümə Mərkəzində


 

Çex səfirliyinin rəsmisi Tərcümə Mərkəzində <b style="color:red"></b>

Martın 9-da Çex Respublikasının Azərbaycandakı səfirinin müavini Petr Vaqner Tərcümə Mərkəzində olub.

Bu barədə 525.az-a Tərcümə Mərkəzindən bildirilib.

Məlumata görə, görüşdə Mərkəzlə Çex səfirliyinin bir sıra layihələri - çex dilinə tərcümə prosesində olan "Müasir Azərbaycan ədəbiyyatı" antologiyasının, eləcə də Nizami Gəncəvinin "Xəmsə"sinin Çexiyada nəşri, həmçinin Çex ədiblərinin əsərlərindən ibarət olacaq "Müasir Çex ədəbiyyatı antologiyası"nın Azərbaycanda nəşri və Çex-Azərbaycan əlaqələrinin inkişafına dair digər məsələlər müzakirə olunub.

 





09.03.2017    çap et  çap et