525.Az

Mirzə Fətəlinin tale qohumu


 

Mirzə Fətəlinin tale qohumu<b style="color:red"></b>

Bəsti ƏLİBƏYLİ

Yazıçı
, ədəbiyyatşünas, tərcüməçi Çingiz Hüseynov 1929-cu il aprelin 20- Bakıda doğulub. Moskva Dövlət Universitetinin filologiya fakültəsini (1952) SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasını (1956) bitirib. Rusiya keçmiş SSRİ xalqları ədəbiyyatı üzrə mütəxəssisdir. Müxtəlif dövrlərdə M. Qorki adına Ədəbiyyat İnstitutunda dərs deyib. Filologiya elmləri doktoru, Moskva Dövlət Universiteti İctimai Elmlər Akademiyasının professorudur. Filologiya sahəsində 30- a yaxın alim yetişdirib. ABŞ, Fransa, Türkiyə digər ölkələrdə Rusiya xalqları mədəniyyətindən mühazirələr oxuyub.

 Bədii yaradıcılıqda ikidillilik problemləri”, “Çoxmillətli sovet ədəbiyyatında forma ümumiliyi”, “Mədəniyyət zəminində milli konfliktlər haqqında”, “Mədəniyyət sistemində din digər araşdırma əsərlərinin müəllifidir. 1959-cu ildən Rusiya Yazıçılar İttifaqının üzvüdür. 1988-ci ildə Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərinə görə respublikanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

 30-dan çox kitab müəllifi olan Çingiz Hüseynov ədəbi fəaliyyətə tənqidlə başlayıb. 1955-ci ildə Məmməd RahiminXaqanipoeması haqqında tənqidi məqalə ilə mətbuatda çıxış edən ədib sonra tərcüməyə keçmiş, Sabir, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Əbülhəsən, Mehdi Hüseyn, Rəsul Rza, Mirzə İbrahimov kimi görkəmli yazarların əsərlərini on yeddi-iyirminci yüzillər xalq şair aşıqlarının şeirlərini rus dilinə tərcümə etmişdir.

 1962-ci ildəAzərbaycanjurnalında çap olunanMənim bacımadlı povestiylə nəsr yaradıcılığına başlayan yazıçının həmin il eyniadlı ilk kitabı nəşr olunur. Bunun dalınca isə daha üç kitab- “Əriyən heykəl” (1964), “Çətin yoxuş” (1968) Novruzgülü” (1969) işığa çıxır. Ümumən götürdükdə, Çingiz Hüseynov 60- illərin payına düşən əksər əsərlərini doğma Azərbaycan dilində qələmə alıb ki, bu onillik ədibin yaradıcılığının Bakı dövrü kimi xarakterizə oluna bilər.

 Amma ona şöhrət qazandıran ilk əsəri Moskvanın qismətinə düşənMəhəmməd, Məmməd, Məmişpovestidir. Ciddi yazıçı cəsarətinin nümayişi olan Azərbaycan dilində yazılan bu povest Bakıda sərt senzuraya məruz qaldığından, müəllifin öz tərcüməsində, 1975-ci ildə Moskvada, rus dilində işığa çıxır.

 Bundan sonrakı əsərlərini rus dilində yazan yazıçı sonradan özü onların bəzilərini Azərbaycan dilinə çevirib. Yaradıçılığında çox əhəmiyyətli yer tutanFətəli fəthiromanını isə iki dildə, öncə rus, sonra Azərbaycan dillərində yenidən yazıb. Məhz bu səbəbdən romanın iki müstəqil mətni vardır ki, həmin mətnlər həcm baxımından da bir-birindən kəskin fərqlənir. Sonuncu əsərləri olanAilə gizlinləri”, “İqtidar oyunu” (bəzən bu əsərDirektoriya iqrakimi təqdim olunur), “Doktor NMeracromanlarının isə Azərbaycan dilində orijinalları yoxdur.

 Lakin hansı dildə yazmasına baxmayaraq, Çingiz Hüseynov müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələri sırasında dayanır bu haqqı ona doğma Vətəniylə, mənsub olduğu sivilizasiya ilə birbaşa bağlanan bütün əsərləri verir.

 Üçüncü minillik yazıçının yaradıcılıq dünyabaxışında əsaslı dəyişikliklərlə başlayır. Bu dövrdən etibarən o, teoloji- ruhani mövzularla ədəbi gündəmə gəlir 2002-ci ildəQuran Surələrinin peyğəmbərə göndərilən ardıcıllıqla düzülüşü” (“Surı Korana, rasstavlennıe po mere nisposlaniya ix Proroku” ) adlı kitabı çapdan çıxır. Kitabın siqnal nüsxələrinin işığa çıxmasıyla Moskva ədəbi mühitində dini çevrələrdə böyük ajiotaj başlanır ki, bu da boşuna deyildi. Məsələ burasında idi ki, Çingiz Hüseynovun bu kitabı ənənəviQurani-Kərimdən, daha doğrusu, surələrin oradakı düzülüşündən çox fərqlənirdi.

 Polemikaya qoşulanlarbelə bir iddiada olmaq üçün kanonikQurani- Kərimi təfsirləri yaxşı bilmək lazımdır, təfsirlər isə 30-40-cilddən ibarətdir onları bilmək üçün ərəbcəni, farscanı, osmanlıcanı, üstəlik, tendensiyaları bilmək lazımdır s. kimi müxtəlif arqumentlər irəli sürürdülər.

 Lakin ixtiyar yazıçı Şərq sivilizasiyasında tabu sayılan mövzuya İslamda ən həssas məqama toxunduğuna görə üzləşdiyi təpkilər qarşısında geri çəkilmədi. Çünki öz mövqeyini müdafiə etmək üçün onun da çoxlu arqumentləri vardı zaman-zaman mətbuata verdiyi müsahibələrdə, opponentlərinə cavablarında əlində olan dəlil-sübutların bir qismini bəyan etmişdir. Bununla belə, onunQurani-Kərimüzərində redaktəsinin belə cəsarətli təşəbbüsdə bulunmasının tam mahiyyətini anlamaqdan ötrü 2011- ci ilin yanvar ayında Türkiyənin Süleymaniyyə Vəqfinə məxsus saytda yayımlanan beş hissəliMəktublarını oxumaq lazım gəlir.

 Quran surələrinin düzülüşükitabından bir il sonra Çingiz Hüseynov İslam dininin banisi, sonuncu səma elçisi Məhəmməd Peyğəmbərin həyatından bəhs edən bir roman yazdı. “Aşan bardaqdakı suyun tökülməsinə imkan verməməli” (“Ne dat vode prolitğsə iz oprokinutoqo kuvşina, Moskva, 2003) adlı romanın ikinci nəşri 2008-ci ildə yeni əlavələr Meracadıyla Bakıda işığa çıxdı ki, həmin əsərdə Həzrəti Məhəmmədin Məkkədən Qüdsə gəlişi orada Adəm, Nuh, İbrahim, Musa, İsa həzrətləri ilə qarşılaşıb səmaya, Allahın hüzuruna qalxmasından bəhs olunur.

 Bütün bu misallardan da göründüyü kimi, Çingiz Hüseynovun ürəyi hər zaman öz Vətəniylə, öz ümmətiylə birgə döyünüb. Bəs həm yaşca, həm mərtəbəcə qürbətdə yaşayıb-yaradan yazarlarımızın ön sırasında dayanan bu ixtiyar yazıçıya Vətənin münasibəti necədir, onun bədii irsi gələcək nəsillərə hansı səviyyədə ötürülür, necə təbliğ olunur? Təəssüf ki, bunların çoxu cavabsız açıq qalan suallardı. Amma vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə ümidləndirən işartılar da yox deyil. Məsələn, mən ali məktəblər üçün buraxılan ikicildlikMüasir Azərbaycan ədəbiyyatıdərsliyində (Bakı universiteti nəşriyyatı, 2007) Çingiz Hüseynov haqqında oçerkə rast gələndə çox sevindim. Ədəbi vicdanı alim ləyaqəti ilə seçilən filologiya elmləri doktoru Vaqif Sultanlının sözügedən dərslikdəki nəsr icmalında yazıçının yaradıcılığı, ədəbi mövqeyi s. barədə üç səhifəlik obyektiv bir rezyüme verilib. Lakin oçerk əsasən onun birinci dövr yaradıcılığı 90- illərin ortalarına qədərki dövrü əhatə etdiyindən, bioqrafiyasında, demək olar ki, yeni bir mərhələ təşkil edən son 15 ilin məhsulu ( “Quran ayələrinin düzülüşü”, “Merac”, “Direktoriya İgra” , “Qarşıma çıxan keçmişim s. ) orada öz əksini tapmayıb. Hərçənd ki, yazıçının bu dövr yaradıcılığı həm mövzu, həm vətəndaş cəsarəti, həm ədəbiyyatımızda tabuların sındırılması baxımından çox önəmlidir. İstənilən halda ümid etmək istərdik ki, böyük Sovet imperiyasının onun sonrakı varisi Rusiyanın içində əridə bilmədiyi, əksinə, ömrünün hər anıyla öz doğma azərbaycanlılığına qaytardığı böyük yazıçımız milli ədəbiyyat mədəniyyət tariximizdə layiqli yerini alacaq. bizlərdən daha obyektiv olan rus yazarı Dmitri Furmanın dediyi kimi, “...zaman keçəcək, keçmiş sovet postsovet Azərbaycanında Çingiz Hüseynov mərhələsi haqqında danışacaqlar. “

- Çingiz müəllim, dünyanın sonuncu peyğəmbəri, İslam dininin banisi Həzrəti Məhəmməd əlehissəlam barəsində yazdığınızMeracromanı ilə siz müsəlman dünyasında cəsarətli bir addım atmış oldunuz. Necə oldu, belə bir ideya yarandı?

- Əvvəlcə onu deyim ki, belə bir ciddi mövzuya müraciətim Qarabağ müharibəsi ilə bağlıdır, bir növ, məcburi oldu: erməni avantüristləri əslində rus dövləti olan Sovetlər Birliyinin rəhbərlərini öz tərəflərinə çəkmək, onlara xristianlıq baxımından xoş gəlmək məqsədilə (onu da deyim ki, ermənilərin monofizit xristianlığı həm pravoslav, həm katoliklər tərəfindən hələ 4- əsrdə rədd edilmişdi) ortalığa yaramaz bir fikir atdılar - “vəhşi, barbar müsəlmanlar bizi, sülhsevər proqressiv xristinları, qırırlar!..” Bu fikir məni dəhşətə gətirdi, elə bidim xas müsəlman olan müdrik Nərgiz nənəmi təhqir etdilər!.. Peyğəmbər haqqında yazmağı qət etdim!..

- Romanın əvvəlində belə bir cümlə işlətmisiz: “Bu kitabda Oğuz dilində yazılmışQuranın tərcüməsinə istinad olunur.” Məlumdur ki, “Qurani- Kərimilk dəfə ərəb dilində yazıya alınıb. Həzrəti peyğəmbərin dilindən izhar olunan bütün surələr ilk basma nəşrlər ərəb dilindədir. Belə olan halda sizQuranın Oğuz dilində tərcüməsidedikdə hansı mənbəni nəzərdə tutursuz?

 - Yazı prosesində məndə bəzi ciddi suallar baş qaldırmağa başladı, gördüm ki, bu hamıya məlumdur - Quranı xəlifə Osman dövründə tərtib edənlər onun bircə sözünə-kəlamına, vergül-nöqtəsinə toxunmamış (eşq olsun onlara!..), lakin Allahın bizə göndərdiyi kitabın quruluşunu söküb dağıtmış, əsaslı şəkildə dəyişmişlər, başqa sözlə desək, surə-ayə xronologiyasına qarışıb Allah mətninin ardıcıllığını, məntiqini büsbütün pozmuşlar.

 Mən dinşünasam, ərəbşunas, mən bir ədəbiyyat adamıyam, mətnşünasam, odur ki, bu hal məni sarsıtdı, roman üzərindəki işimi yarımçıq qoyub Quranı Allah göndərdiyi tərzdə (bu haqda çox yazılıb!) tərtib etməyə başladım... nəticədə tamam başqa bir kitab alındı!..

 Çox-çox sonra bildim ki, demə, mən gördüyüm işi (bu ya digər dəyişiklik fərqlərlə) yüz əlli il öncə ingilis şərqşünasları, yetmiş il öncə fransızlar, lap bu yaxınlarda isə türklər İstanbulda görüblər. Amma bu kitablar mənimkindən fərqli olaraq şərhsiz-izahsızdır!..

 Kitab Moskvada çapdan çıxan kimi internetdə dinçilərin atəşinə tutuldu, İslam dükanlarında satışa buraxılmadı. İradlar bu idi ki, kanonik tərtibat guya Peyğəmbərin razılığı, göstərişi-təklifi ilə olmuşdur... Amma Quran Allahın kitabıdır, Peyğəmbərin kitabı deyil, odur ki, bu işi görməyə heç kəsin haqqı yox idi...

 O ki qaldi əsli oğuzlardan olan İbn Həsən - Purhəsən - Həsənoğluna... - onun ömrü ikigünahişlətdiyinə görə (Allahın qarşısında deyil, çünki Quranın tərtibatı Quranın tərcüməsi Allahın istəyinə uyğun idi, mövhumatçı dindarların qarşısında) faciə ilə bitdi. Bu haqda - mən 2011-ci ildə İstanbulda çap olunmuş 5 məktubumda ətraflı yazmışam.

 - Dini mövzuda dalbadal iki əsər yazmanızı, öndə qeyd etdiyiniz motivlə yanaşı, həm içinizdə duyduğunuz mənəvi-ruhi ehtiyac kimi anlamaq olarmı?

 - Düz tapmısız!

 - Sizdən öncə- XX əsrin birinci yarısında başıbəlalıƏli Ninoromanının müəllifi hesab olunan Məhəmməd Əsəd bəy (Qurban Səid) peyğəmbər haqqında əsər yazıb. Həmin əsərlə tanışsızmı?

 - Ənənəvi istiqamətdə yazılmış o kitabın mənim romanıma heç bir dəxli yoxdur.

 - Yaradıcılığınızda tarixi mövzulara müraciət mühüm yer tutur siz bu mövzuya böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiya tənqidimizin banisi, yazıçı-filosof Mirzə Fətəli Axundova həsr etdiyinizFətəli fəthiromanıyla başlamısız. Romanda Mirzə Fətəlinin həyatı röyalar, xəyallar, ümidlər, arzular iflas fəsillərinə bölünüb. Siz bu Şərq dahisinin aldandığına gerçəkdənmi inanırsız?

 - O, mənim həyatımı yaşadı, mən onun; bu baxımdan, roman - fantaziyadır. Mirzə Fətəliylə mən tale qohumuyam. Aldanmağa gəldikdə, təkcə ulduzlar deyil - onunla biz aldandıq.

 - Romanı həm Azərbaycan, həm rus dillərində yazmısız. Yəni, bu, bir dildə yazılb, digər dilə tərcümə olunmuş əsər deyil. Üstəlik, Azərbaycan rus variantları bir-birindən fərqlidir. Məsələn, rus variantı həcmcə Azərbaycan variantından kiçikdir s. Deyə bilərsizmi, bu fərqlər, ixtisarlar ilə bağlıdır?

 - Bu, mənim iki orijinalı olan yeganə romanımdır: “Fatalnıy Fatali” (Moskva, 1983, 27 ç.v.) Fətəli fəthi” (Bakı, 1986, 42 ç.v.). Əsəri əvvəl rus dilində yazdım, sonra azərbaycandilli orijinalı yarandı. Orijinallar arasında təkcə həcm baxımından deyil, hətta süjet baxımından, eləcə dil oxucu hökmundən doğan çox-çox fərqlər var ki, bu haqda xatirələr kitabımda xeyli yazmışam.

 - Mirzə Fətəli Axundovun həyatı, ictimai fəaliyyət dünyabaxışı ilə paralel, on doqquzuncu əsr Azərbaycan mədəni-ictimai mühitinin çar Rusiyasının Qafqazlarda yürütdüyü məkrli siyasətin panoramını yaradanFətəli fəthinin bir özəlliyi romanın bioqrafik baxımdan ikili səciyyə daşımasındadır. Buna bir az öncə özünüz işarə etdiniz. Mümkünsə, bir qədər aydınlıq gətirərdiz.

 - Romanın yazılmasının iki səbəbi var, biri obyektiv, biri subyektiv. Obyektiv səbəb - Böyük Vətən müharibəsindən sonra SSRİ- müşahidə olunan ideologiyanın xatirinə tarixin təhrif edilməsinə, saxtalaşdırılmasına qarşı etirazımı bildirmək idi; müstəmləkəçilik siyasətinə qarşı xalqların bütün milli-azadlıq müharibələri, cərəyanları, o cümlədən Şeyx Şamil hərəkatı mürtəce elan olunmuşdu, tarixi həqiqətlər təhrif olunur, kənar torpaqlarda yaşayan xalqların, o cümlədən AzərbaycanınRusiyanın tərkibinə könüllü daxil olmasıbayram kimi qeyd edilirdi... O zaman mən qərara aldım ki, mövcud materiallar əsasında Qafqaz- Rusiya bağlılığının könüllü birlik deyil, Lermontovun yazdığı kimiqanlı tabeçilikolduğunu göstərim.

 Subyektiv səbəb isə odur ki, mən aydınca dərk etməyə başladım ki, Axundov sanki mənim həyatımı yaşayıb; o da, mən imperiya dövlətinə xidmət etmişik, onun da, mənim , necə deyərlər, mundir altında azadlığa təşnə ürəklərimiz döyünüb, o da mənim kimi qələmi vasitəsi ilə zorakılığa, köləliyə, insanın alçaldılmasına, yalan böhtanlara, nadanlığa qarşı çıxmışdır.

- “Fətəli fəthidən sonra Azərbaycanın görkəmli dövlət xadimi Nəriman Nərimanov haqqında iki hissəli, böyük roman yazdınız. Bildiyiniz kimi, bu mövzuda sizinlə adaş olan qocaman yazıçımız İsa Muğanna da yazıb. 80-ci illərdə onun ssenarisi əsasında Nərimanov haqqındaUlduzlar sönmüradlı bədii-sənədli film çəkilib. “DoktorNromanını isə siz Muğannadan sonra (1998) yazmısız. Bilmək istərdim ki, mövzuya müraciət etmənizdə həmin ədəbi faktın təsiri olubmu? Yəqin ki, siz həmin filmlə tanışsız deyə bilərsizmi ki, bir-birinin müasiri həmyaş olan, eyni siyasi epoxada yaşayan iki görkəmli yazıçımızın Nəriman Nərimanova yanaşmasında kardinal fərqlər nədən ibarətdir?

 - Sosialist ruhlu o əsərlə, təbii ki, tanışam - mono, yəni, tək qəhrəmanlı əsərdir, mənim romanım isə ikiqütblü, iki qəhrəmanlıdır: Nərimanov Məhəmməd Əmin. məqsədim-konsepsiyam da tamam başqadır: Azərbaycanın keçdiyi yolları, ictimai-siyasi situasiyaları canlandırmaqla tarixə ədalətli, obyektiv münasibətə yardımçı olmaq. İndi biz Nərimanovu qəbul edirik, Məhəmməd Əmini bəyənirik, odur ki, romanım faciə ruhludur.

 - Çox dəyərli əsərlərinizdən biri həyatınızın Bakı dövründə yazdığınızMəhəmməd, Məmməd, Məmişpovestidir. Milli ağrılarla dolu olan bu əsəri hərə bir cür oxuyur. Mən isə povesti milli tərəqqidən tənəzzülə enişin bədii xronikası kimi qəbul etdim.

 - Səhv etmirsiz, konsepsiyanı düzgün tutmusuz.

 - Bir qədər ümumi ədəbiyyat məsələləri barəsində. Sovet dönəmində vahid məkan, ümumi mədəni siyasət digər faktorlar Rusiya ilə müttəfiq respublikaların ədəbiyyatları arasında paralellər aparmağa imkan verirdi. Məsələn, Şoloxov- İsmayıl Şıxlı, Bulqakov- Yusif Səmədoğlu s. Bəs indi necə - bu cür paralellər aparmaq mümkündürmü?

 - Təbii ki, oxşarlıq o zamanlarda da olmuşdu, indi var, amma məncə, bu kimi paralellər kasıbçılıqdan doğur.

 - Bəzən sizi rus mədəniyyətininudduğu”, başqa sözlə desək, ruslaşmış ziyalılardan hesab edirlər. Bu fikrə münasibətiniz?

 - Bu sual mənə sizdən öncə verildiyindən, cavabımı da təkrarlamalı olacam:

 Nəhəng meqapolisdə, yad millətlərin təbii assimilyasiyası içində, qədər qəribə görünsə , məhz Moskva məni rus mədəniyyəti ilə zənginləşdirib öz dilimə tərəf yönəltdi - bunu qaydadan istisna kimi qəbul etmək olar, çünki rusdilli Bakıda yaşasaydım, bu tədricən sönərdi; dünya neft imperiyasının paytaxtı rusdilli idi. Bakı məndən təhsili mədəniyəti rusdilli olan amorf bir məxluq yaradardı, lakin Moskva məni inad qətiyyətlə öz azərbaycanlılığıma, mədəniyyətimizə, dilimizə qaytardı, həm bu zaman mənim sonrakı taleyim üçün qurtuluş olan dil vasitəsilə inkişafda rus başlanğıcı verdi. mənim yaradıcılığımda neçə onilliklərdir ki, sirli-heyrətamiz bir modern-xalı toxunur; bu üslub, bu düşüncə bakılı-moskvalı, Azərbaycan-rus ornamentləri, quraması, düşüncəsi ilə yaranır. Qəlbim-həyatım mübarizə meydanıdır; içimdə dərin kök salmış rus-Azərbaycan vahidliyi gah birləşir, gah da parçalanır. Bu mübarizədən həm faydalanır, həm ... yoruluram. Amma bunu da deyim ki, mənim rus dilim olmasaydı, romanlarım işıq üzü görməzdi - Doktor N”, Fatalnıy Fatali”, Tamaşalı oyunlar” ...

 - Siz Azərbaycan mədəniyyətinə böyük töhfə vermiş bir ailəni təmsil edirsiz. Mərhum qardaşınız Əlikram Hüseynov milli tar sənətimizdə xüsusi yeri olan bir sənətçiydi. Amma mənəbilən, bu gün doğmalarınızdan Vətəndə qalanı yoxdur yəqin ki, bu sizi çox xiffətləndirir.

 - Qardaşımla son dəfə vidalaşanda ürəyimə dammışdı ki, bir daha vətənə dönməyəcəyəm. Lap bu günlərdə doğulduğum ev yandı... Amma Allah bilən yaxşıdır!

- 60 illik ədəbi fəaliyyətinizin bəhrələrini hansı formalarda görmüsüz siz özünüzü bəxtli, naxışı gətirən yazıçı hesab edirsizmi?

 - Bu dünyanın ən bəxtəvər adamıyam, çünki hələ sönməyən, alışıb yanan bir ümidlə yaşayıram; ən yaxşı əsərim hələ yazılmayıb, amma yazılmaqdadır! buna da inanıram ki, əsl yazıçı o dünyada da yazmağındadır.

 - Azərbaycan ədəbi mühiti ilə əlaqələriniz hansı səviyyədədir, burdakı cavan yazarlardan kimləri oxuyursuz, qənaətləriniz necədir?

 - Əlaqələrim genişdən geniş, çox yüksək səviyyədədir, amma zamanın ömrü, təəssüflər olsun, ildən ilə qısalır, azalır. Mənə yazılarını göndərənlərin, məktublaşanlarin, skaypla danışanların sayı o qədərdir ki... göz dəyməsin!

 - Artıq 82 yaşınız oldu, Vətənə dönmək istəmirsizmi?

 - 82 yox, 83!.. Dönüb- dönməməyim... Əslində, bir az öncə bu suala öz təxminimlə cavab verdim, amma son qərar Allaha qalır.

 





30.09.2012    çap et  çap et