525.Az

Bakıda yaşayış evlərini su basıb


 

Bakıda yaşayış evlərini su basıb<b style="color:red"></b>

50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, aprelin 23-24-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin Sabunçu rayonunda bəzi ərazilərin yağış və qrunt suları ilə dolması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri dərhal əraziyə cəlb edilib. Hazırda mülki müdafiə qoşunlarının və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası ərazidədir.
 
İlkin məlumata görə, təxminən 50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb, 70-ə yaxın insan xilas olunub. Ərazidə xilasetmə işləri davam etdirilir, yaranan vəziyyətin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

 





24.04.2013    çap et  çap et