525.Az

Buludlu və yağmurlu hava davam edəcək


 

Buludlu və yağmurlu hava davam edəcək<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında aprelin 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 6-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında aprelin 25-də hava şəraitinin gündüz əsasən yağmursuz olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 5-10, gündüz 20-25, bəzi yerlərdə 27 dərəcəyədək isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə gecə 9-14 dərəcə şaxta, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı gözlənilir.

 





24.04.2013    çap et  çap et