525.Az

Yuri Trifonovun “Seçilmiş əsərləri” işıq üzü gördü


 

Yuri Trifonovun “Seçilmiş əsərləri” işıq üzü gördü<b style="color:red"></b>

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – XX əsr rus ədəbiyyatının görkəmli nümayəndəsi Yuri Trifonovun “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

Mərkəzdən 525.az-a verilən məlumata görə, kitaba yazıçının “Qoca” romanı, “Göbələkli payız”, “Göyərçin ölümü”, “Vera və Zoyka”, “Toranlıqda oyun” kimi, məşhur hekayələri daxil edilib.

Yazıçının müxtəlif illərdə qələmə aldığı “Tələbələr” povesti, “Çay kənarında ev”, “Tonqal şöləsi”, “Səbirsizlik”, “Başqa həyat”, “Qoca” romanları hələ 50-ci illərdə müəllifinə geniş oxucu sevgisi qazandırıb.

1951-ci ildə “Tələbələr” povestinə görə Yuri Trifonov Dövlət Mükafatına layiq görülüb.

Qeyd edək ki, kitab Yuri Trifonovun Azərbaycanda nəşr olunan ilk əsərlər toplusudur.

Əsərləri dilimizə Zahid Sarıtorpaq çevirib.

 





10.03.2017    çap et  çap et