525.Az

Azarkeşlər millimizin oyununa niyə buraxılmadı?


 

Azarkeşlər millimizin oyununa niyə buraxılmadı? <b style="color:red"></b>

AFFA millimizin Dohada Qətər yığması ilə yoldaşlıq oyunu zamanı azərbaycanlı azarkeşlərin stadiona buraxılmamasına aydınlıq gətirib.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Qol.az-ın müxbiri ilə söhbətində Qətər Futbol Federasiyasının qərarı ilə oyunun tam qapalı şəraitdə keçirildiyini deyib:

“Təkcə bizim yox, ümumiyyətlə, heç bir azarkeş stadiona buraxılmadı. Səbəb isə Qətərin İran və Özbəkistanla rəsmi oyunlarının olmasıdır. Təsəvvür edin ki, stadionda internet də yox idi. Demə, Qətərdə qayda belədir. Bildirirlər ki, biz yoldaşlıq matçlarımızı tam qapalı şəraitdə keçiririk ki, rəqib oyunumuzu öyrənə bilməsin. Onların bir neçə yoldaşlıq oyunu bu şəkildə olub”.

M.Nərimanoğlunun sözlərinə görə, Qətər Futbol Federasiyası oyunun qapalı keçiriləcəyi ilə bağlı onlara əvvəlcədən AFFA-ya xəbərdarlıq etməyib:

"Bizə əvvəlcədən məlumat verilməmişdi. Buna görə də oyuna gələn azarkeşlərimizə Azərbaycan bayrağı vermişdik. Onlar komandamıza dəstək üçün hazırlaşmışdılar".

 





10.03.2017    çap et  çap et