525.Az

Şimali Koreya cənub sərhədində beton barrikada qurur


 

Şimali Koreya cənub sərhədində beton barrikada qurur<b style="color:red"></b>

Şimali Koreya cənubla sərhədə betondan barrikada hörür.

Cənubi Koreyanın "Renhap" agentliyinin Çinin "Beijing TV" kanalına istinadən verdiyi xəbərə görə, sərhədə daş, beton və digər tikinti materialları toplanır.

Çin televiziyası Şimali Koreya əsgərlərinin sərhədə böyük beton divarlar ucaltmağa başladığını göstərən görüntüləri yayıb. Televiziyanın xəbərində bu barrikadaların müharibə başlayacağı təqdirdə Cənubi Koreyadan gələcək tankların və digər hərbi texnikanın qarşısını almaq üçün hazırlandığı bildirilib. Xəbərdə Şimali Koreya rəhbərliyinin müharibəyə hazırlaşdığı bildirilib.

 





24.04.2013    çap et  çap et