525.Az

BAMF sədri BMT baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü


 

BAMF sədri BMT baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü<b style="color:red"></b>

Cenevrədə səfərdə olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev BMT-nin baş katibinin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi Leyla Zerraqui ilə görüşüb.

Görüşdə BAMF sədri bildirib ki, Azərbaycanda ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir. Respublikada uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Umud Mirzəyev xanım Zerraquinin diqqətinə çatdırıb ki, bununla yanaşı Azərbaycanda  kövrək qruplara aid olan digər bir uşaq təbəqəsi də var ki, onlar Ermənistanın Azərbaycana qarşı təcavüzünün qurbanları olan qaçqın və məcburi köçkün uşaqlardır: "Təəssüf ki, beynəlxalq təşkilatlar Qarabağ münaqişəsi haqqında danışanda bu barədə susurlar".

BAMF sədri rəhbərlik etdiyi təşkilatın BMT agentlikləri ilə birgə əməkdaşlığı , xüsusilə də BMT-nin Uşaq Fondu - UNİCEF-lə birgə həyata keçirdiyi layihələr haqqında danışıb, o cümlədən, xanım Zerraqini  təşkilatın martın  10-u BMT-in Cenevrədəki qərargahında münaqişə bölgələrində hüququ pozulan uşaqlarla bağlı keçirəcəyi tədbir barədə məlumatlandırıb. Qeyd edək ki, artıq tədbirdə xeyli sayda ictimai xadim, BMT eksperti, tanınmış beynəlxalq vətəndaş cəmiyyəti nümayəndələri, BMT agentliklərinin təmilçiləri, bir çox səfirlər bu tədbirdə iştirakını təsdiqləyib. Sonda cənab Mirzəyev ümid etdiyini bilirib ki, bütün dünyada müharibələr zamanı hüququ pozulan uşaqlarla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı öldürülən, müharibənin ağrı-acısından əziyyət çəkən Azərbaycan uşaqlarının da problemi kifayət qədər ciddi formada beynəlxalq ictimaiyyət qarşısında gündəmə gətiriləcək. Bununla bağlı BAMF-ın hazırladığı xüsusi videoçarx da məhz bu beynəlxalq tədbir zamanı təqdim olunacaq. Xanım Zərraqi isə səslənən məlumatların onda ciddi təəssürat doğurduğunu, BAMF-ın uşaq hüquqlarının qorunması sahəsində gördüyü işlərdən məmnun olduğunu dilə gətirib.  Görüşün sonunda isə BAMF adından BMT-nin baş katibinin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi Leyla Zerraqiyə dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərinin baş qəhrəmanlarının əks olunduğu  xüsusi hədiyyə təqdim olunub.

 





10.03.2017    çap et  çap et