525.Az

Akif Əlizadə AMEA-nın prezidentl oldu


 

Akif Əlizadə AMEA-nın prezidentl oldu<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə AMEA prezidenti səlahiyyətlərini icra edən Akif Əlizadə seçilib. Lent.az-ın məlumatına görə, A.Əlizadə 44 səslə bu vəzifəyə seçilib.

.....

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə AMEA prezidenti səlahiyyətlərini icra edən Akif Əlizadənin namizədliyi irəli sürülüb.

APA-nın məlumatına görə, onun namizədliyini akademik Adilə Namazova irəli sürüb. A. Namazova deyib ki, A. Əlizadə bu vəzifəyə daha layiqlidir. İclasda başqa namizəd irəli sürülməyib.
 
Qeyd edək ki, AMEA prezidenti Akademiyanın həqiqi üzvləri tərəfindən seçiləcək.
 
Hazırda AMEA-nın illik ümumi yığıncağında fasilə elan olunub. Fasilədə AMEA-nın həqiqi üzvləri səsverməyə gedəcəklər.

 





24.04.2013    çap et  çap et