525.Az

“Real”ın prezidentinə içərisində şübhəli toz olan paket göndərildi


 

“Real”ın prezidentinə içərisində şübhəli toz olan paket göndərildi<b style="color:red"></b> Madridin “Real” futbol klubunun prezidenti Florentino Peresə içərisində şübhəli ağ toz olan paket göndərilib.
 
APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, “Santyaqo Bernabeu” stadionuna göndərilən bağlama Florentino Peresə ünvanlanıb.
 
Hadisə yerinə gələn mütəxəssislər tozun zərərsiz olduğunu müəyyən edib. Paketin ekspertizaya göndərildiyi bildirilir.
 
Bəzi İspaniya KİV-lərinin məlumatına görə, şübhəli paket “Santyaqo Bernabeu” stadionuna İtaliyadan göndərilib.
 





11.03.2017    çap et  çap et