525.Az

Sabir Zamanlıdan yeni kitab


 

Sabir Zamanlıdan yeni kitab <b style="color:red"></b> Azərbaycan Yazıçılar Birliyində şair Sabir Zamanlının “Ömür məndən inciməsin” adlı şeirlər kitabının təqdimatı keçirilib.
 
APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan şair-tənqidçi Balayar Sadiq şairin məhsuldar yaradıcılıq yolundan, əzmkarlığından, işləməkdən sonsuz zövq aldığından, şerlərinin ümumi ruhundan, oxucularda yaratdığı xoş ovqatdan ətraflı danışıb, onun oxucularla ikinci görüşünə səbəb olan “Ömür məndən inciməsin” adlı kitabda yer almış şeirlərdən nümunələri iştirakçıların nəzərinə çatdırıb.
 
Təqdimat mərasimində şairin qələm dostları, ictimaiyyət nümayəndələri çıxış edərək şairin kitabındakı şerləri hərtərəfli və geniş çərçivədə xarakterizə edib, onun nə qədər zəhmətkeş, həm də tənqidə açıq olduğunu bildiriblər. Zəlimxan Məmmədli, Eldar Səfa Şahvələdlı, Əlizadə Nuri, Fərqanə Mehdiyeva, Nurəddin Ədiloğlu, Qəşəm Nəcəfzadə, Hüseyn Sözlü, Mehman Göytəpəli, Hikmət Məlikzadə şairin söz dünyasında yeni bir ovqat yaratdığı, həyata poetik münasibəti barədə maraqlı fikirlər səsləndirib, ümumilikdə Borçalı ədəbi mühiti ilə bağlı danışıblar.
 
Tədbirin sonunda S.Zamanlı yaradıcılığına verdikləri yüksək qiymətə görə iştirakçılara minnətdarlığını bildirib, bu görüşün onun üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
 





11.03.2017    çap et  çap et