525.Az

Sakit 24 aprel


 

Vaşinqtonda hər il aprel ayında artan "soyqırımı tanıma qərarı" diskussiyaları bu il olmayıb.

Sakit 24 aprel<b style="color:red"></b>

Vaşinqtonda hər il aprel ayında artan "soyqırımı tanıma qərarı" diskussiyaları bu il olmayıb.

Əksinə, indiyə qədər nə Nümayəndələr Palatasının, nə də Senatın xarici əlaqələr komitələrinə ABŞ Konqresinin soyqırım iddialarını tanımasını tələb edən hər hansı qətnamə layihəsi gündəliyə salınmayıb.

Ancaq Ermənistanın ABŞ-dakı səfirliyinin bir fiplomatı "BBC Türkçe"yə verdiyi açıqlamada "İndiyə qədər bir layihənin gəlməməsi o demək deyil ki, aprelin 24-dən sonra da gəlməyəcək" deyib.

Mərkəzi Vaşinqtonda olan Amerika üçün Türk Koalisiyası adlı dərnəyin rəhbəri Linkoln Makkordi isə erməni diasporasının 2015-ci ilə hazırlaşdığını, bunun üçün kampaniya apardığını deyib.

2015-ci il 1915-ci il hadisələrinin 100-cü ildönümü olduğu üçün erməni diasporası bütün gücünü buna səfərbər edib. 2014-cü ildə Amerikada keçiriləcək ara seçkilər və Nümayəndələr Palatası rəhbərinin dəyişib-dəyişməməsi bu baxımdan mühüm nüanslar sayılır.

Vaşinqtondakı Amerika Erməni Milli Komitəsinin direktoru Aram Hamparyan "BBC Türkçe"də verdiyi müsahibədə Obama administrasiyasını məsələnin səhv tərəfində olmaqla ittiham edib. Hamparyan ABŞ-ın Ankaradakı səfiri Frensis Rikkiardonenin yaxın günlərdə Amerika Türk Assambleyasının illik konfransında çıxış etməməsini tələb etdiklərini, amma Obama iqtidarının buna icazə verərək laqeydlik nümayiş etdirdiyini deyib.

Obamanın bu günkü açıqlamasında da 4 ildir olduğu kimi, "böyük fəlakət" mənasına gələn "Meds Yeghern" ifadəsindən istifadə edəcəyi gözlənilir.

trt

 





24.04.2013    çap et  çap et