525.Az

Bakıda “Macarıstan günləri” olacaq


 

Bakıda “Macarıstan günləri” olacaq<b style="color:red"></b>

Martın 16-17-də Bakıda “Macarıstan günləri” keçiriləcək.

Tədbirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi, Macarıstan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin, Macarıstan Respublikasının Azərbaycandakı Səfirliyinin və AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə gerçəkləşəcək.

Proqram çərçivəsində macar yazıçısı İmre Madaçın “İnsanın faciəsi” əsərinin azərbaycanca nəşrinin təqdimatı, macar bəstəkarı Ferens Listin əsərlərindən nümunələr, Bəkir Sıtkı Çobanzadənin xatirəsinə Azərbaycan Respublikasının Macarıstandakı səfiri professor Vilayət Quliyevin mühazirəsi, tanınmış macar türkoloqu professor Georq Hazainin xatirəsinə MEK direktoru Leyla İmanovanın təqdimatı və digər tədbirlər nəzərdə tutulur.

 





11.03.2017    çap et  çap et