525.Az

Şəhid hərbçi Tovuzda dəfn edildi


 

Şəhid hərbçi Tovuzda dəfn edildi<b style="color:red"></b> Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuz rayonunda dəfn edilib.
 
APA-nın qərb bürosunun verdyi məlumata görə, martın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində şəhid olan əsgər Abbasov Həsənəli Çingiz oğlu bu gün doğulduğu Tovuz rayonu Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı və RİH Aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.
 
Şəhid Yuxarı Öysüzlü kənd qəbirstanblığında torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.
 





11.03.2017    çap et  çap et