525.Az

İpoteka kreditləşməsinin genişlənməsi gözlənilir


 

İpoteka kreditləşməsinin genişlənməsi gözlənilir<b style="color:red"></b>

Azərbaycanda dövlət ipoteka kreditləşməsinin həcmi artacaq.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə jurnalistlərə açıqlamasında deyib: «Bu, çox vacibdir. Xüsusilə də sosial təyinatlı gənclər üçün ipoteka kreditinin ayrılması, onun şərtlərinin yumşaldılması, sadələşdirilməsi istiqamətində ölkə prezidentinin tapşırığı var».
 
Onun sözlərinə görə, hazırda bu istiqamətdə Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən hesablamalar aparılır: «Hesab edirəm ki, ipoteka kreditləri üçün ayrılmış vəsaitin artırılması çox vacibdir. Xüsusilə də ipoteka kreditləri Bakı, Sumqayıtla yanaşı, Azərbaycanın regionlarını da əhatə etməlidir ki, orada yaşayan gənclər də bu resurslardan istifadə etsinlər. Bu, paytaxta əsassız əhali axınının qarşısını alar, regionlarda mənzil fondunu inkişaf etdirər».

 





24.04.2013    çap et  çap et