525.Az

BDU-da “Böyük alim – Qayğıkeş ana” adlı elmi – praktik konfrans olub


 

BDU-da “Böyük alim – Qayğıkeş ana” adlı elmi – praktik konfrans olub<b style="color:red"></b>

Bu gün Bakı  Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş “Böyük alim – Qayğıkeş ana” adlı elmi – praktik konfrans keçirib.

525.az-ın məlumatına görə, konfransı giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov akademik  Zərifə xanım Əliyevanın həyatı haqqında ətraflı məlumat verib.

O, Zərifə xanımın bir insan və həkim kimi formalaşmasında böyüdüyü ailə və mühitin önəmini qeyd edib və bildirib ki, akademik Zərifə xanım Əliyevanın apardığı tədqiqat işləri həmin dövr tibb elminə çox mühüm yeniliklər gətirib. Zərifə xanımın bir həyat yoldaşı kimi ümummilli liderimiz Heydər Əliyevə çətin günlərində dayaq olduğunu, ona hər zaman dəstək olduğunu vurğulayan Daşqın müəllim cənab prezidentimiz İlham Əliyevin formalaşmasında Zərifə xanımın da əhəmiyyətli rolunu qeyd edib və Zərifə xanım Əliyevanın bütün azərbaycan qadınlarına nümünə ola bilcək təmiz, pak, müqəddəs sima olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra çıxış edən Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Məmmədbağır Məmmədov Zərifə xanım kimi əvəzolunmaz şəxsiyyətlərin gənclər arasında təbliğ edilməsinin vacibliyini  qeyd edib.

Daha sonra çıxış edən akademik Zərifə Əliyeva adına litseyin məzunu, Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər  və İqtisadiyyat fakültəsinin tələbəsi Məmmədova Şəbnəm Zərifə xanımın elmi-pedaqoji fəliyyətindən danışıb və çıxışının sonunda universitet kitabxanasına Zərifə xanımın həyat və yaradıcılığı ilə bağlı yazılmış kitab hədiyyə edib.

Çıxış edən biologiya fakultəsinin tələbəsi Qələndərli İranə akademik Zərifə xanım Əliyevanın tibb sahəsində əldə etdiyi nailiyyətlər və tibb elminə qazandırdığı tövhələr haqqında danışıb. Akademik Zərifə Əliyevanın Oftalmologiya aləmində ən yüksən mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akadademik M.İ.Avarbax adına mükafatına layiq görüldüyünü qeyd edib.

Sonra çıxış edən Hüquq fakültəsinin tələbəsi Məmmədova Yavər Zərifə xanımın həyatının fəlsəfi düyünlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Zərifə xanımla bağlı ən dəyərli xatirələrin məhz ümumilli lider Heydər Əliyevlə bağlı olduğunu qeyd edib. Ümumilli lider Heydər Əliyevin müxtəlif zamanlarda Zərifə xanımla bağlı söylədiyi gözəl, gənclər üçün tərbiyyəvi əhəmiyyətə malik xatirələrini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

 





24.04.2013    çap et  çap et