525.Az

“Yağışlar meyvəçiliyə ziyan vurdu, bahalıq olacaq”


 

“Yağışlar meyvəçiliyə ziyan vurdu, bahalıq olacaq”<b style="color:red"></b>

Bir neçə gündür havaların yağmurlu keçməsi kənd təsərrüfatına ciddi ziyan vurub. Ən çox ziyan isə Şimal bölgəsinə dəyib.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) şöbə müdiri Sabir Vəliyevin Modern.az-a verdiyi məlumata görə, havaların yağıntılı keçməsi Aran bölgəsində taxılın inkişafına müsbət təsir göstərsə də, pambığın, digər texniki bitkilərin əkininə ziyan vurub. Şöbə müdirinin sözlərinə görə, hava istiləşsə, yenidən səpin aparılmalıdır:

“İki dəfə səpinin aparılması isə fermerlərə baha başa gəlir. Artıq mütəxəssislərimiz yerlərdədir və vəziyyəti araşdırırlar ”.

Sabir Vəliyev onu da bildirib ki, havaların qeyri-sabit keçməsi məhsul qıtlığına səbəb olmasa da, meyvəçiliyə müəyyən qədər ziyan dəyib. Onun sözlərinə görə əsas ziyan Şimal bölgəsində çəyirdəkli meyvələrə dəyib:

“Tərəvəz yeni əkildiyindən tərəvəzə elə ciddi ziyan dəyməyib. Ən çox ziyan çəkən bölgə isə Quba–Xaçmaz rayonları olub. Həmin rayonlarda ərik və şaftalıya daha çox ziyan dəyib”.

 





24.04.2013    çap et  çap et