525.Az

Rusiya təmsilçisi “Eurovision-2017”yə buraxılmaya bilər


 

Rusiya təmsilçisi “Eurovision-2017”yə buraxılmaya bilər<b style="color:red"></b> Rusiyanı Kiyevdə keçiriləcək “Eurovision-2017”də təmsil edəcək Yuliya Samoylova Ukraynaya buraxılmaya bilər.
 
APA-nın məlumatına görə, bunu “Qovorit Moskva” radiostansiyasına müsahibəsində Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko deyib.
 
O bildirib ki, əgər bu şəxs həqiqətən incəsənət adamıdırsa, o zaman Ukrayna Rusiya nümayəndəsinin Kiyevdəki çıxışından yalnız məmnun ola bilər:

“Əgər Yuliya Samoylova Krımın ilhaqını və Ukraynaya qarşı təcavüzü ictimai şəkildə dəstəkləməyibsə, burada bir problem yoxdur. Lakin əgər o, siyasi bəyanatlar verəcəksə, onun Ukraynaya girişinə qadağa qoyula bilər”.
 
Xatırladaq ki, Y. Samoylova Kiyevdə keçiriləcək “Eurovision-2017” mahnı müsabiqəsində “Od yanır” mahnısı ilə çıxış edəcək.
 





13.03.2017    çap et  çap et