525.Az

La Sapienza Universitetində Azərbaycan mədəniyyəti gecəsi


 

La Sapienza Universitetində Azərbaycan mədəniyyəti gecəsi<b style="color:red"></b>

Avropanın ən qədim və böyük təhsil ocaqlarından biri olan Romanın La Sapienza Universitetində Azərbaycan mədəniyyəti gecəsi keçirilib. 

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumundan (ASAİF) bildiriblər ki, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının və Tevere İnstitutunun birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Türkiyənin Vatikandakı səfiri Kenan Gürsoy və xanımı Belkis Gursoy, professorlar və tələbələr iştirak ediblər. 

Gecəni giriş sözü ilə açan Sapienza Universitetinin professoru Antonello Biagini Azərbaycan və İtaliya arasında əlaqələrin əhəmiyyətindən danışıb. Professor Fabio Grassi Azərbaycanın özünəməxsus qədim tarix və mədəniyyətə malik ölkə olduğunu diqqətə çatdırıb. “La Repubblica democratica dell'Azerbaijan (1918-1920) i documenti militari italiani” kitabının müəllifləri Daniel Pommier və Andrea Carteny çıxış edərək Azərbaycanın zəngin mədəniyyəti haqqında ətraflı məlumat veriblər.

GÜNEL

 





24.04.2013    çap et  çap et