525.Az

Bakıda “Gənc şairələrin beynəlxalq forumu” keçiriləcək


 

Bakıda “Gənc şairələrin beynəlxalq forumu” keçiriləcək<b style="color:red"></b>

Aprelin 26-29-da Bakıdakı Beynəlxalq Muğam Mərkəzində “Gənc şairələrin beynəlxalq forumu” keçiriləcək. Bu barədə məlumat verən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov bildirib ki, toplantıya dünyanın 20 ölkəsini təmsil edəcək gənc şairələr qatılacaq. 
  
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş forumun məqsədi müxtəlif ölkələrdə yaşayan gənc ədəbi istedadların görüşünü təşkil etməkdir. Avropa və Afrika ölkələrindən gənclər təkcə təcrübə mübadiləsi aparmayacaq, həm də böyük bir ədəbi şəbəkəni formalaşdıracaqlar. Forum zamanı gənc şairlər müxtəlif mövzularda müzakirələrə qatılacaq, şeirlərini söyləyəcək və ədəbi diskussiyalarda iştirak edəcəklər.

GÜNEL

 





24.04.2013    çap et  çap et