525.Az

Türkiyədən Obamanın açıqlamasına etiraz


 

Türkiyədən Obamanın açıqlamasına etiraz<b style="color:red"></b>

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Barak Obamanın ənənəvi 24 aprel çıxışıyla bağlı açıqlama yayıb.

Açıqlamada Obamanın türklərlə ermənilərin ortaq tarixlərinin ağrılı hissəsiylə bağlı anlaşılmazlıqda bu il də ermənilərin fikirlərini ifadə edən birtərəfli yanaşma nümayiş etdirdiyi bildirilib.

XİN ABŞ prezidentinin tarixi həqiqətləri təhrif edən bu açıqlamasının hər baxımdan problemli olduğunu bəyan edib və əsəblə qarşıladığını bildirib: "Mübahisəli tarixi hadisələri daxili siyasətin təsiriylə şərh edən bu cür açıqlamalar Türkiyə-Amerika əlaqələrinə ziyan vurduğu kimi, türklərlə ermənilərin ədalətli yaddaşa yol tapmalarını da çətinləşdirməkdədir. ABŞ kimi önəmli müttəfiqdən gözləntimiz problemi daha da dərinləşdirmək deyil, həll istiqamətində konstruktiv töfhələr vermək və məsələnin tərəfsiz, elmi şəkildə araşdırılmasından çəkinən erməni tərəfini daha realist və daha uzlaşmaçı olmağa cəsarətləndirməkdir".

Açıqlamada Birinci Dünya Müharibəsi əsnasında baş verən ağrılı hadisələrin ortaq olduğu və o dövrlə bağlı xatirələrin ən az ermənilər qədər türk xalqı üçün də həssas məsələlər olduğunun bilinməsinin vacibliyi vurğulanıb: "Tarixin doğru başa düşülməsinə mane olmağa çalışan müdaxilələrə baxmayaraq Türkiyə bu məsələyə özünə inamla və açıq fikirliliklə baxmaqda, həqiqətin bütün cəhətləriylə araşdırılmasını istəməkdədir".

TRT

 





25.04.2013    çap et  çap et