525.Az

Yalçın Qoca - Nekroloq


 

Yalçın Qoca - <b style="color:red">Nekroloq</b>

Amansız ölüm istedadlı şair Yalçın Qocanı aramızdan apardı.

Yalçın Fikrət oğlu Qocayev 1963-cü il aprelin 2-də Bakıda anadan olmuşdur. 235 saylı şəhər orta məktəbini bitirmişdir. 1979-1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil almış, eyni zamanda istehsalatda çalışmışdır. 1984-1988-ci illərdə "Bərpaçı" EİTB-də texnik-konstruktor, sonra "Azərnefttikinti" trestində usta, 4 saylı tikinti-quraşdırma trestində istehsalat şöbəsinin mühəndisi, Azərbaycan RK Nərimanov rayon Kooperativ və digər formalı azad sahibkar müəssisələri Həmkarlar Komitəsinin sədri vəzifələrində işləmişdir.

1992-1994-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavininin köməkçisi, işlər idarəsində referent, sonralar Azərbaycan Respublikasının Qızıl Aypara Cəmiyyəti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan Respublikası "Xalq üçün mallar" Dövlət Konserninin baş mütəxəssisi olmuşdur. 1996-2002-ci illərdə diplomatik işə başlamış, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Diplomatik Korpusla iş üzrə idarəsinin II katibi, nazirin köməkçisi, Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin birinci katibi vəzifələrinə təyin edilmişdir. Son illər yaradıcılıq fəaliyyətilə məşğul idi.

Bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlamışdır. İlk qələm təcrübələri dövri mətbuatda, almanaxlarda dərc edilmişdir. 1991-ci ildə "Ana, mənə xeyir-dua ver" şeir toplusu işıq üzü görmüşdür.

İstedadlı şair, səmimi, təvazökar insan Yalçın Qocanın işıqlı xatirəsi qələm yoldaşlarının və oxucularının qəlbində yaşayacaq.

Allah rəhmət eləsin.

Azərbaycan Yazıçılar Birliyi

 





14.03.2017    çap et  çap et