525.Az

Rumıniyanın xarici işlər naziri Azərbaycana gəlir


 

Rumıniyanın xarici işlər naziri Azərbaycana gəlir<b style="color:red"></b>

Aprelin 25-26-da Rumıniyanın xarici işlər naziri Titus Korlatsean Azərbaycana səfər edəcək.

XİN mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, səfər zamanı Titus Korlatseanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulur.
 
Bundan başqa, Rumıniyanın xarici işlər naziri Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rasizadə ilə də görüşəcək.
 
Görüşlərdə ikitərəfli siyasi dialoqun və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yolları, energetika sahəsində, regional və beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi və NATO çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq

 





25.04.2013    çap et  çap et