525.Az

Azərbaycan dünyanın ən yaxşı ölkələri sırasında


 

Azərbaycan dünyanın ən yaxşı ölkələri sırasında<b style="color:red"></b>

Azərbaycan ABŞ-ın www.usnews.com portalının və Pensilvaniya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sorğunun nəticələrinə görə dünyanın ən yaxşı ölkələrinin reytinqində yer alıb.

AzərTAc xəbər verir ki, reytinqdə ölkələr turizm sektorunun inkişafı, innovasiyalar, mədəniyyət, iqtisadi artım, əlverişli biznes mühiti və tarixi irs meyarları üzrə seçiliblər. Dünyanın 36 ölkəsində 20 min nəfər arasında aparılan sorğunun nəticələrinə görə, Azərbaycan ən yaxşı 80 ölkə arasında 69-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıda MDB ölkələrindən Azərbaycan ilə yanaşı, yalnız Rusiya, Belarus, Qazaxıstan və Ukrayna yer alıb.

 





14.03.2017    çap et  çap et