525.Az

Kinoşünas Aydın Dadaşov vəfat etdi


 

Kinoşünas Aydın Dadaşov vəfat etdi<b style="color:red"></b> Tanınmış kinoşünas Aydın Dadaşov vəfat edib.
 
"Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmovun  APA-nın verdiyi xəbərə görə, o, ürək çatışmazlığından ölüb.
 
Vida mərasimi mərhumun evində keçiriləcək. Kinoşünas Xırdalan qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunacaq.
 
Qeyd edək ki, 65 yaşı bu il martın 2-də tamam olan A. Dadaşov əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor olub. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya” fakültəsinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edib.
 





15.03.2017    çap et  çap et