525.Az

Dağıstanda icra başçısının terrorçu oğlu öldürüldü


 

Dağıstanda icra başçısının terrorçu oğlu öldürüldü<b style="color:red"></b> Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Dağıstanın Qunib rayonunda antiterror əməliyyatı keçirib.
 
Lent.az-ın Dağıstan KİV-ə istinadən verdiyi məlumata görə, bir evdə gizlənən iki silahlı öldürülüb.
 
Silahlıların şəxsiyyəti artıq müəyyənləşib. Onlardan biri, 1986-cı il təvəllüdlü Hacımurat Habibov Qunib rayon sakinidir. Hacımurat Habibov 2011-ci ilin martında Dağıstanın Qarabudaqkənd rayonunda törədilən kütləvi qətliamda iştirak edib. Həmin vaxt silahlılar təsadüfən yolları üzərinə çıxan 5 ovçunu öldürüblər.
Öldürülən digər silahlı isə 1991-ci ildə Soqratlı kəndində anadan olmuş Süleyman Hacıomarovdur. O, 1 il əvvəl  Qahirədəki İslam Universitetində təhsilini başa vurub, Dağıstana qayıdıb. Hacımurat Habibovun təsirinə düşən Süleyman Hacıomarov silahlılara qoşulub. Məlumata görə, o, Qunib rayonunun icra başçısının oğludur.
 





25.04.2013    çap et  çap et