525.Az

Polşalı mer UNEC-də


 

Polşalı mer UNEC-də <b style="color:red"></b> Bakıda səfərdə olan Polşa Respublikası Varşava şəhəri Praqa Poludni (Cənubi Praqa) rayonunun meri Burmistri Tomaş Kuxarskinin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

Qonaqlar UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH qrupları, UNEC Biznes Məktəbi, İnnovativ Biznes İnkubatoru, kitabxana, Radio UNEC və UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial Abidə ilə tanış olublar. UNEC-in rektoru, professor Ədalət Muradov qonaqlara Cənubi Qafqazın ən böyük iqtisadiyyatyönümlü universiteti barədə ətraflı məlumat verib.

İqtisad Universitetinin beynəlxalq əlaqələrindən söz açaraq, UNEC-in Polşa universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Qonaqlar Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən layihələri yüksək qiymətləndirərək, burada olmaqdan məmnun qaldıqlarını bildiriblər. Bu ölkə ilə, xüsusi ilə UNEC-lə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə önəm verdiklərini vurğulayıblar.

Sevinc
 





15.03.2017    çap et  çap et