525.Az

Sərnişinlərin “28 may” metrostansiyasına girişi bərpa olundu - Yenilənib


 

Sərnişinlərin “28 may” metrostansiyasına girişi bərpa olundu - <b style="color:red">Yenilənib</b> Bakı metropolitenində tüstülənmənin qarşısı alınıb.
 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda sərnişinlərin “28 may” metro stansiyasına girişi bərpa olunub. 
 
*** 20:59
 
​Bakı metropolitenində tuneldə baş verən tüstülənmə ilə əlaqədar sərnişinlər təxliyə edilib.
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin təcili tibbi yardım maşınları cəlb olunub.
 
İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər tüstüdən zəhərlənib.
 
*** 20:27

Bakı metropolitenində tuneldə tüstülənmə başlayıb.
 
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin APA-ya verdiyi məlumata görə, hadisə “28 may” və “Gənclik” metro stansiyaları arasında baş verib.
 
Hazırda mütəxəssislər  tüstünün mənbəyini müəyyənləşdirir. Hadisə qatarların hərəkətinə təsir etməyib. Sərnişinlər üçün təhlükə olmadığı bildirilir.
 





15.03.2017    çap et  çap et