525.Az

Qvardiola məşqçi karyerasında ilk dəfə ÇL-nin ¼ finalına adlaya bilmədi


 

Qvardiola məşqçi karyerasında ilk dəfə ÇL-nin ¼ finalına adlaya bilmədi<b style="color:red"></b> “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola  karyerasında ilk dəfə Çempionlar Liqasının  ¼ finalına adlaya bilməyib
 
APA-nın məlumatına görə, “Mançester Siti” iki oyunun nəticələrinə görə “Monako”ya məğlub olaraq (5:3, 1:3)  Avropanın ən nüfuzlu futbol turnirini tərk edib
 
Bundan əvvəl “Bavariya” klubuna rəhbərlik edən  Xosep Qvardiola iki dəfə “Barselona” ilə Çempionlar Liqasının qalibi olub, digər hallarda isə komandalarını 1/2 final mərhələsinədək yüksəldə bilib.
 
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsinə İspaniyanın "Real", "Barselona", “Atletiko”, Almaniyanın  "Borussiya" (Dortmund), "Bavariya", İngiltərənin "Lester", İtaliyanın "Yuventus” və Fransanın “Monako” klubu vəsiqə qazanıb.
 





16.03.2017    çap et  çap et