525.Az

Ronaldinyo "Qəbələ" ilə müqavilə imzaldı


 

Ronaldinyo "Qəbələ" ilə müqavilə imzaldı<b style="color:red"></b>

Məşhur braziliyalı futbolçu Ronaldinyo "Qəbələ" ilə müqavilə imzalayıb.

Qol.az-ın xəbərinə görə, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovun da iştirak etdiyi imzalama mərasimi Dubayın "Burc əl Ərəb" otelində keçirilib. Tərəflər iki illik sözləşməyə imza atıb.

Qeyd edək ki, 36 yaşlı futbolçu müqaviləyə əsasən Bakıda futbol akademiyası açacaq. O, bununla bağlı ötən il paytaxtımıza səfər edib.

 





16.03.2017    çap et  çap et