525.Az

"Azərbaycan beynəlxalq forumun keçirilməsi üçün ən yaxşı ölkədir"


 

"Azərbaycan beynəlxalq forumun keçirilməsi üçün ən yaxşı ölkədir"<b style="color:red"></b> “Azərbaycan elə ölkədir ki, burada müxtəlif millətlərin, müxtəlif dinlərin nümayəndələri yaşayır. Ona görə də Azərbaycan beynəlxalq forumun keçirilməsi üçün ən yaxşı ölkədir".
 
APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan Bolqarıstanın sabiq prezidenti Peter Stoyanov deyib.
 
O bu gün Bakıda keçirilən V Qlobal Forumun əhəmiyyəti barədə danışıb: “Bu çox vacib bir forumdur. Burada dünya ölkələrinin sabiq və hazırkı liderləri toplaşır ki, qlobal problemləri müzakirə etsinlər".
 
Azərbaycan-Bolqarıstan münasibətlərinə toxunan P. Stoyanov bu əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.
 





16.03.2017    çap et  çap et