525.Az

“Yeni dünyanın doğuluşu ərəfəsindəyik”


 

“Yeni dünyanın doğuluşu ərəfəsindəyik”<b style="color:red"></b> “Biz indiki dövrün problemlərini anlamalıyıq ki, gələcəyi də başa düşək”.
 
APA-nın məlumatına görə, bunu Makedoniya prezidenti George İvanov V Qlobal Bakı Forumu çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.
 
“Hazırkı dövr biz çox insanlar üçün qorxulu dövrdür. Terroristlər, cihadçıların olduğu dövrdə yaşayırıq. Bu insanlar yalançı xəbərlər yayır, qorxu formalaşdırır. İndiyə kimi baş verənlər pik nöqtəyə çatıb. Əslində biz yeni dünyanın doğuluşu ərəfəsindəyik. İndiyə kimi qorxu ilə yaşamışıq, bundan sonra isə ümidlə yanaşmalıyıq ki, yeni dünya doğulur”, - deyə o vurğulayıb.
 
G. İvanov qeyd edib ki, yeni dünya polisentrik olacaq, vahid cəmiyyət, vahid mədəniyyət olmayacaq: “Bu bizi təbii dövrə gətirib çıxaracaq. Yeni dünya gənclərin əlindədir, lakin onlar işsizdir. Buna görə də Avropa İttifaqı öz gücünü bərpa etməlidir”.
 





16.03.2017    çap et  çap et